Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi yubiley tədbirlərini davam etdirir.
07/01/2026, 09:39

Astara rayonu Şahağac kənd R.Mirzəyev adına 1nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Quliyeva Qəmər Calal qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Qəmər müəllimin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Qəmər müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Qəmər müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq!





