“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşəbbüsü ilə yubiley tədbirləri davam edir

08/02/2026, 22:05
xeber1

Astara rayonu Maşxan kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri Məmmədov Əlibaba Əlirza oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə geniş və əlamətdar tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Əlibaba müəllimi əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi dürüst, məsuliyyətli və fədakar fəaliyyətini yüksək qiymətləndirmişlər.

Çıxışlarda Əlibaba müəllimin pedaqoji kollektiv arasında qazandığı nüfuzdan, həmkarlar təşkilatının sədri kimi səmərəli fəaliyyətindən və təhsilin inkişafına verdiyi töhfələrdən bəhs olunmuşdur.

Tədbir iştirakçıları Əlibaba müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışlar.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Əlibaba müəllim fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: