Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşkilatçılığı ilə yubiley tədbirləri davam edir

Astara rayonu Şahin Əliyev adına Rudəkənar kənd ümumi orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Əliyeva Minəvvər Əbdülrəhman qızının 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir.
Tədbirdə Minəvvər müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyəti, şagirdlərin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında göstərdiyi əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Çıxış edənlər onun müəllim adına şərəf gətirən fəaliyyəti, zəhmətkeşliyi, yüksək peşəkarlığı və insanpərvərliyi haqqında dəyərli fikirlər səsləndirmişlər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Minəvvər müəllim Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunmuşdur.
Hörmətli Minəvvər müəllimə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar və ailə səadəti arzulayırıq!





