Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi növbəti ekskursiya təşkil edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Şəhərsalma ilinə həsr olunmuş tədbirlər çərçivəsində Bərdə rayonu Habil Məmmədov adına Böyük Göyüşlü kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, həmçinin ölkəmizin zəngin tarixi, mədəni irsi və turizm potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər zamanı iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının tarixi və mədəniyyət abidələrini, füsunkar təbiət guşələrini və digər görməli məkanlarını ziyarət edərək xoş təəssüratlar qazanıblar. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və onlarda yaddaqalan xatirələr yaradıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin sosial-mədəni həyatının zənginləşdirilməsi və səmərəli istirahətinin təşkili istiqamətində bu cür tədbirləri davam etdirəcək.



