“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə ekskursiya təşkil edilmişdir.

11/08/2026, 10:40
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə 08 avqust 2026 cı il tarixdə Beyləqan rayon Yeni Mil,Birinci Şahsevən kənd 1 nömrəli və İkinci Şahsevən  kənd uşaq bağçalarının  ittifaq üzvləri üçün Lerik rayonuna ekskursiya təşkil edilmişdir.

 İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması məqsədilə təşkil edilən səfərlər çərçivəsində iştirakçılar bölgələrimizin görməli yerlərini ziyarət edib, zəngin təbiət və turizm məkanları ilə yaxından tanış olublar. İttifaq üzvləri ETİHİ Beyləqan Rayon Komitəsinə onların sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: