Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon turniri keçirilmişdir.
16/04/2026, 10:38

10 aprel 2026-cı il tarixdə Beyləqan şəhər ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon turniri keçirilmişdir.
Yarışın nəticələrinə əsasən
Beyləqan şəhər N.Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 1-ci yer,
Beyləqan şəhər N.Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 2-ci yer,
Beyləqan şəhər E.Bayramov adına Təbiət və hümanitar fənlər təmayüllü liseyin komandası isə 3-cü yerin qalibi olmuşdur.
Qalib komandalar diplom və fəxri fərmanla təltif olunmuşdur.










