“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi tərəfindən 65 illik yubileyi tədbiri təşkil olmuşdu

10/07/2026, 12:08
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi tərəfindən 65 illik yubileyi tədbiri təşkil olmuşdur. Bu dəfə Daşkəsən rayonu Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin uzun müddət Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən Məmmədova Xalidə  müəllimə və texniki işçisi Bəxdiyarova Rəna xanım 65 illik münasibətilə təbrik tədbiri keçirilib.Tədbirdə çıxış edən məktəbin rəhbəri, Xalidə müəllimənin və Rəna xanımın uzun illər ərzində məktəbdə məsuliyyətli, zəhmətkeş və nümunəvi fəaliyyəti ilə kollektivin dərin hörmətini qazandığını bildirib. Qeyd olunub ki, onlar, səmimiyyəti, yüksək insani keyfiyyətləri, işinə vicdanlı yanaşmaları və kollektivdə yaratdıqları xoş münasibətlər hər zaman seçiliblər. Vurğulanıb ki, Xalidə müəllimə və Rəna xanım təhsil müəssisəsində sağlam və səmərəli iş mühitinin formalaşmasına öz əməkləri ilə töhfə verib, məktəb kollektivinin etibarlı üzvlərindən biri kimi daim dəyər qazanıblar. Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsi Xalidə müəllimə və Rəna xanıma xoş arzular çatdırıb, onların uzunillik səmərəli fəaliyyətinə görə təşəkkür ifadə olunub. Həmkar ailəsi olaraq Xalidə müəllimə və Rəna xanıma 65 illik yubileyiləri münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, xoş günlər, sevinc və uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: