“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən şahmat yarışının rayon mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

14/04/2026, 12:25
xeber1

Tədbirdə yarışda fərqlənən təhsil işçilərinə ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən diplom, medal və pul mükafatları təqdim olunub. Qaliblərin uğurları yüksək qiymətləndirilib, onların gələcək yarışlarda da uğur qazanacaqlarına inam ifadə olunub.

Mərasim zamanı iştirakçılar bu cür təşəbbüslərin təhsil işçiləri arasında həmrəyliyin gücləndirilməsi və intellektual inkişafın təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: