Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının rayon mərhələsi uğurla başa çatıb.
14/04/2026, 12:23

Yarışda Göygöl rayonu üzrə müxtəlif ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmalar nəticəsində rayon mərhələsinin qalibləri müəyyənləşdirilib.
Tədbir iştirakçıları göstərilən diqqət və dəstəyə görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini ifadə edib, bu cür yarışların gələcəkdə də mütəmadi şəkildə təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.








