Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Kürdəmir Rayon Komitəsi tərəfindən AHİK+ platformasının təqdimatı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Kürdəmir Rayon Komitəsi tərəfindən AHİK+ platformasının təqdimatı keçirilib.
Təqdimat görüşləri Kürdəmir Peşə Liseyi PHŞ-də tələbələrin, Kürdəmir rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində isə müəllimlərinin iştirakı ilə təşkil olunub.
Görüşlərdə ETİHİ Kürdəmir Rayon Komitəsinin sədri Samir Şükürov, məsul şəxslər və ilk həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Təqdimatlar zamanı AHİK+ platformasının yaradılma məqsədi, fəaliyyət istiqamətləri, həmkarlar ittifaqı üzvlərinə təqdim etdiyi güzəşt və imtiyazlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma üzvlərin sosial rifahının yaxşılaşdırılmasına, müxtəlif xidmətlərdən güzəştli şərtlərlə istifadəsinə və sosial dəstək imkanlarının genişləndirilməsinə xidmət edir.
Həmçinin platformada qeydiyyat və istifadə qaydaları əyani şəkildə izah olunub, iştirakçıların sualları cavablandırılıb və platformanın yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparılıb







