Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsində 65 yaşını tamamlayan dəyərli ittifaq üzvləri ilə görüş keçirilib.
02/03/2026, 10:00

Uzun illər təhsil sahəsində çalışaraq gənc nəslin formalaşmasına töhfə verən üzvlərimiz hörmət və ehtiramla qarşılanıblar.
Səmimi mühitdə baş tutan görüş zamanı onların zəhmət dolu fəaliyyət yolu xatırlanıb, dəyərli xidmətləri yüksək qiymətləndirilib. Tədbirin sonunda yubilyarlara gül dəstələri və fəxri fərmanlar təqdim olunub, onlara möhkəm can sağlığı, uzun və firavan ömür arzulanıb.




