“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlər, məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə görüş keçirildi.

16/02/2026, 10:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlər, məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə sektor müdiri Vüsal Cəfərov çıxış edərək şagirdlərin uğurunun onların əzmkarlığı və zəhmətinin nəticəsi olduğunu vurğuladı, yarımfinalçılara final mərhələsində uğurlar arzuladı. Tədbir panel müzakirələri, praktiki workshop sessiyaları və əvvəlki illərin finalçılarının çıxışları ilə davam etdi. Xüsusi qonaq qismində Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Rəşad Qədirov və liseyin məzunu Nurlan Məmmədov iştirak etdilər. Nurlan Məmmədov öz uğur hekayəsini bölüşərək şagirdləri daim inkişaf etməyə və böyük hədəflər qoymağa səslədi. Sonda xatirə şəkilləri çəkildi və görüş çay süfrəsi ətrafında səmimi mühitdə davam etdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: