Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi ilə Göygöl Olimpiya İdman Kompleksi MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Memorandumun əsas məqsədi tərəflər arasında mədəni-kütləvi, idman və sağlamlıq yönümlü əməkdaşlığın genişləndirilməsi, birgə layihə və tədbirlərin həyata keçirilməsidir.
Sənəd çərçivəsində seminar, təlim, dəyirmi masa və müxtəlif idman-sağlamlıq tədbirlərinin təşkili, sağlam həyat tərzinin təşviqi, eləcə də qarşılıqlı təcrübə mübadiləsi nəzərdə tutulur.
Bu əməkdaşlıq çərçivəsində həmkarlar üzvlərinin fiziki sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtının səmərəli təşkili istiqamətində birgə fəaliyyətlər həyata keçiriləcəkdir.
Memorandum tərəflər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq niyyətini ifadə edir.




