“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçiləri üçün İçərişəhər turu təşkil edib.

17/03/2026, 09:50
xeber1

Tur çərçivəsində təhsil işçiləri Azərbaycanın ən möhtəşəm memarlıq abidələrindən biri olan Şirvanşahlar Sarayı kompleksini ziyarət ediblər.

Daha sonra qrup İçərişəhərin mühüm dini-memarlıq abidələrindən olan Beylər Məscidi və Məhəmməd Məscidi ilə tanış olub.

Tarixi abidələrə edilən bu ziyarətlər iştirakçıların Azərbaycanın qədim şəhər mədəniyyəti barədə biliklərini daha da zənginləşdirib.

Tur zamanı iştirakçılar Qız Qalası muzeyini də ziyarət ediblər. Azərbaycanın simvollarından biri sayılan bu möhtəşəm abidənin tarixi və əfsanələri barədə iştirakçılara geniş məlumat təqdim olunub.

Bu cür mədəni və maarifləndirici turlar təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, milli-mədəni dəyərlərin təbliğinə də xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: