Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçiləri üçün mövsümün ilk istirahət turunu təşkil edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin olunması və sosial rifahının yüksəldilməsi məqsədilə Şəki–Qax istiqamətində gəzinti üçün nəqliyyat xidməti təşkil olunub.
Bu ilki mövsümün ilk turuna start verən səfərdə Göygöl rayon Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində çalışan təhsil işçiləri iştirak ediblər. Gəzinti iştirakçıları Şəki və Qax rayonlarının tarixi-mədəni abidələri, füsunkar təbiəti və turizm məkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Səfər iştirakçıları üçün maraqlı ekskursiya proqramı təşkil olunub, onların mənalı və xoş istirahəti təmin edilib. Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.






