“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil işçilərinin yubileylərinin qeyd olunması ənənəsi davam edir.

01/07/2026, 17:00
xeber1

Layihə çərçivəsində bu dəfə Göygöl rayonu Nadil kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Abdullayeva Laləzar Qəzənfər qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər Laləzar xanımın uzun illər ərzində məktəbdə məsuliyyətli, zəhmətkeş və nümunəvi fəaliyyəti ilə kollektivin dərin hörmətini qazandığını bildiriblər. Qeyd olunub ki, o, səmimiyyəti, yüksək insani keyfiyyətləri, işinə vicdanlı yanaşması və kollektivdə yaratdığı xoş münasibətlə hər zaman seçilib.

Vurğulanıb ki, Laləzar xanım təhsil müəssisəsində sağlam və səmərəli iş mühitinin formalaşmasına öz əməyi ilə töhfə verib, məktəb kollektivinin etibarlı üzvlərindən biri kimi daim dəyər qazanıb.

Yubiley münasibətilə Laləzar xanıma xoş arzular çatdırılıb, onun uzunillik səmərəli fəaliyyətinə görə təşəkkür ifadə olunub.

Həmkar ailəsi olaraq Abdullayeva Laləzar Qəzənfər qızını 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, xoş günlər, sevinc və uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: