Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley ənənəsi bu dəfə də davam etdirilib.

Göygöl rayonu üzrə Təhsil sektorunun əməkdaşı Vəliyeva Cəmilə Nəriman qızının 65 illik yubileyi qeyd olunub. Təntənəli şəkildə keçirilən tədbirdə çıxış edənlər Cəmilə müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini, məsuliyyətli yanaşmasını və təhsil idarəçiliyində əldə etdiyi zəngin təcrübəni xüsusi vurğulayıblar. Onun kollektiv arasında qazandığı nüfuz yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Cəmilə Nəriman qızı fəaliyyəti dövründə təhsil sahəsinin təşkili və inkişafı istiqamətində üzərinə düşən vəzifələri daim yüksək peşəkarlıqla yerinə yetirib, təhsil mühitinin təkmilləşdirilməsində fəal iştirak edib.
Yubiley münasibətilə Cəmilə müəlliməyə göstərdiyi xidmətlərə görə dərin minnətdarlıq ifadə olunub.
Həmkar ailəsi olaraq biz də Cəmilə müəlliməyə möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.






