“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley ənənəsi bu dəfə də davam etdirilib.

07/05/2026, 10:13
xeber1

Göygöl rayonu Lətif Məhərrəmov adına Şəhriyar kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Quliyeva Tamam Abbas qızının 65 illik yubileyi qeyd olunub. Təntənəli şəkildə keçirilən tədbirdə çıxış edənlər Tamam xanımın uzun illər ərzində təhsil müəssisəsində göstərdiyi vicdanlı əmək fəaliyyəti, məsuliyyətli yanaşması və kollektivə verdiyi töhfələri xüsusi vurğulayıblar.

Qeyd olunub ki, Tamam Abbas qızı çalışdığı müddət ərzində məktəbdə tədris və iş mühitinin səmərəli təşkilinə, təmizlik və texniki təminat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə daim böyük diqqət göstərmiş, kollektivin etimadını qazanmışdır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: