Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley ənənəsi davam etdirilir.

Layihə çərçivəsində bu dəfə Göygöl rayon Oktay Cabbarov adına Firuzabad qəsəbə tam orta məktəbinin müəllimi Abbasova Rəna Cahangir qızının 65 illik yubileyi qeyd olunub.
Tədbirdə çıxış edənlər Rəna müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, peşəsinə olan məsuliyyətli və vicdanlı münasibətini xüsusi vurğulayıblar. Bildirilib ki, o, pedaqoji fəaliyyəti dövründə öz bilik və təcrübəsi, müəllim adına layiqli davranışı ilə həm şagirdlərin, həm də kollektivin böyük hörmətini qazanmışdır.
Qeyd olunub ki, Rəna Cahangir qızı məktəbdə sağlam mənəvi mühitin formalaşmasına, tədris prosesinin keyfiyyətli təşkili və şagirdlərin maariflənməsi istiqamətində daim fəallıq göstərmiş, öz peşəkarlığı ilə seçilmişdir.
Yubiley münasibətilə Rəna müəlliməyə uzunmüddətli və fədakar əməyinə görə səmimi təbriklər çatdırılıb, ona dərin minnətdarlıq ifadə olunub.
Həmkar ailəsi olaraq biz də Abbasova Rəna Cahangir qızına möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatında yeni uğurlar arzulayırıq.





