Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən Novruz bayramı münasibətilə rayon üzrə 66 təhsil müəssisəsini əhatə edən bayram hədiyyələrinin paylanması uğurla başa çatmışdır.
21/03/2026, 15:56

Təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz dərin təşəkkürlərini bildirmişlər.
Bu cür sosial yönümlü təşəbbüslər təhsil işçilərinin rifahının yaxşılaşdırılmasına və onların əməyinə verilən dəyərin artırılmasına xidmət edir.
Əziz təhsil işçiləri, bir daha hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, sizə xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayırıq.














