Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil işçiləri üçün paytaxtın qədim tarixini və zəngin mədəni irsini yaxından tanımaq məqsədilə İçərişəhər turu təşkil olunub.
16/03/2026, 10:40
Tur iştirakçıları əvvəlcə Qoşa Qala Qapısı və qala divarları ilə tanış olub, İçərişəhərin qədim müdafiə sisteminin tarixi barədə məlumat əldə ediblər. Qədim şəhərin dar küçələri, tarixi abidələri və xüsusi memarlıq üslubu iştirakçılarda böyük maraq doğurub.
Bu maarifləndirici tur təhsil işçilərinə Azərbaycanın zəngin tarixi-mədəni irsini daha yaxından tanımaq imkanı yaradıb.



