“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi ittifaq üzvləri üçün ekskursiya təşkil edib.

14/06/2026, 19:36
xeber1

14 iyun 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Kəlbəcər rayon 12,13,14,17,18,20,21,56,117 nömrəli ümumtəhsil məktəblərin müəllimləri üçün “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna" istirahət və ekskursiya turu təşkil olunub. 

Ekskursiyanın məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, həmçinin zəngin tariximiz və milli-mədəni irsimizlə daha yaxından tanış olmalarına şərait yaratmaq olub. Səfər zamanı iştirakçılar Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi və digər tarixi abidələri ziyarət edib, bu abidələrin tarixi əhəmiyyəti barədə məlumat alıblar. İçərişəhərin qədim memarlıq üslubu, dar küçələri və əsrlərin yaddaşını yaşadan abidələri iştirakçılarda xoş təəssürat yaradıb. 


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların motivasiyasının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: