“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova Milli Qəhrəman Hökümə Əliyevanın ailəsini ziyarət edib.

07/11/2026, 08:48
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, komitənin mühasibi Mənzər İsmayılova təyyarə qəzası zamanı şəhid olan bələdçi Hökümə Əliyevanın ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Milli Qəhrəmanın əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb. 

Milli Qəhrəman Hökümə Əliyevanın ölümlə üz-üzə qaldığı ağır anlarda belə göstərdiyi cəsarət, qorxmazlıq və yüksək vəzifə məsuliyyətindən bəhs olunub.

Hökümə Əliyevanın ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.


Hökümə Əliyevanın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, həyat yolu isə gənc nəsillər üçün mərdlik, vətən sevgisi və peşə borcuna sadiqlik nümunəsi olacaqdır.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: