“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi tərəfindən Kürdəmir Peşə Liseyi PHŞ-də “Əməyin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir təşkil olunub

16/04/2026, 11:30
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsi tərəfindən Kürdəmir Peşə Liseyi PHŞ-də “Əməyin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.


Tədbirdə həmkarlar ittifaqının sədri Samir Şükürov və Ayaz Quluyev çıxış edərək təhlükəsiz iş şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması, eləcə də təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi barədə ətraflı məlumat veriblər.


Eyni zamanda fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlı iştirakçılara tövsiyələr çatdırılıb.


Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: