Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə 4 saylı Uşaq Bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə 4 saylı Uşaq Bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub.
Gəzintinin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında dostluq, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi olub.
Səfər iştirakçıları İsmayıllının füsunkar təbiətindən zövq alıb, bölgənin gəzməli-görməli məkanlarını ziyarət edərək yaddaqalan və xoş anlar yaşayıblar.
ETİHİ Kürdəmir Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, sağlam istirahətinin təşkili və kollektivlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində bu cür tədbirləri mütəmadi olaraq davam etdirir






