Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Atakişili kənd tam orta məktəbinin kollektiv üzvləri üçün Şəki yaylasına istirahət səfəri təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Atakişili kənd tam orta məktəbinin kollektiv üzvləri üçün Şəki yaylasına istirahət səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılar Şəki yaylasının füsunkar təbiəti və mənzərəli guşələri ilə tanış olub, təmiz dağ havasında dincəlmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər. Ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar yaradıb və onların istirahətinə, mənəvi rahatlığına müsbət töhfə verib.
Kollektiv üzvləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinə təşəkkürlərini bildiriblər




