Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Ərəbxana kənd tam orta məktəbinin kollektivi Şəki Yaylasına birgünlük ekskursiya təşkil edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Ərəbxana kənd tam orta məktəbinin kollektivi Şəki Yaylasına birgünlük ekskursiya təşkil edib. Səfər zamanı iştirakçılar Şəkinin füsunkar təbiəti ilə tanış olub, Şəki Yaylasında mənalı istirahət edərək xoş və unudulmaz anlar yaşayıblar. Bu cür ekskursiyalar təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin olunması və kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər iştirakçıları yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Kürdəmir Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə layihələrin davamlı olmasını arzulayıblar.







