Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Kürdəmir Rayon Təhsil Sektorunun təhsil işçiləri üçün Şəki Yaylasına birgünlük ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Kürdəmir Rayon Təhsil Sektorunun təhsil işçiləri üçün Şəki Yaylasına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər iştirakçıları Şəki Yaylasının füsunkar təbiəti, saf dağ havası və gözoxşayan mənzərələri ilə tanış olaraq xoş və yaddaqalan istirahət keçiriblər.
ETİHİ Kürdəmir Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində bu cür tədbirlərin davam etdirilməsini nəzərdə tutur




