Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Şıxımlı kənd tam orta məktəbinin kollektivi Lerik rayonuna birgünlük ekskursiya səfəri edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Şıxımlı kənd tam orta məktəbinin kollektivi Lerik rayonuna birgünlük ekskursiya səfəri edib.
Səfər zamanı iştirakçılar Lerikin füsunkar təbiəti, əsrarəngiz dağ mənzərələri və görməli məkanları ilə tanış olub, xoş və yaddaqalan istirahət keçiriblər. Bu cür ekskursiyalar təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və əmək motivasiyasının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Lerik Azərbaycanın dağlıq və zəngin təbiəti ilə seçilən bölgələrindən biridir.
ETİHİ Kürdəmir Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və mənalı istirahətinin təşkili istiqamətində fəaliyyətini davam etdirir





