Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Topalhəsənli kənd tam orta məktəbinin kollektiv üzvləri Şamaxı şəhərinə ekskursiya ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Topalhəsənli kənd tam orta məktəbinin kollektiv üzvləri gərgin keçən tədris ilinin sonunda asudə vaxtlarının səmərəli təşkili və istirahətlərinin təmin olunması məqsədilə Şamaxı şəhərinə ekskursiya ediblər.
Səfər zamanı iştirakçılar Şamaxının tarixi-mədəni abidələri, görməli məkanları ilə yaxından tanış olub, maraqlı və xoş təəssüratlarla yadda qalan bir gün keçiriblər. Kollektiv üzvləri yaradılan bu şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinə təşəkkürlərini bildiriblər





