Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsi tərəfindən 24.04.2026- cı il tarixində 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü" münasibəti ilə maarifləndirici görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsi tərəfindən 24.04.2026- cı il tarixində Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü" münasibəti ilə "Əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi,işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması və biliklərin yoxlanılması" mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova,məktəbin direktor səlahiyyətlərini icra edən Rəsmiyə Baxşəliyeva və müəllimləri iştirak etdi.
Mövzu ilə bağlı videoçarx izlənildi.
Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Xəlilova, məktəb həmkarlar təşkilatının sədr müavni, coğrafiya müəllimi Elnarə Məmmədova çıxış edərək "Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi"
mövzusunda fikirlərini görüş iştirakçıları ilə bölüşdülər.
Sonda ittifaq üzvlərini maraqlandıran suallar Həqiqət Şahmuradova tərəfindən cavablandırılıb, təklif və tövsiyyələr dinlənilib.Xatirə şəkli çəkilib.












