Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin təşkilatçılıgı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin təşkilatçılıgı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir. 27-28aprel 2026-cı il tarixində baş tutan yarışda Mingəçevir şəhərinin ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri iştirak etmiş ,maraqlı və gərgin idman mübarizəsi nümayiş etdirmişlər. Yarışın yekununda qalib gələn iştirakçılar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsi tərəfindən diplomlarla təltif olunmuş ,I,II,III yerləri tutan ittifaq üzvlərinə ,həmçinin hakimlər mükafatlandırılmışdır.













