Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində daha 3 kənd məktəbinin ittifaq üzvləri ilə görüş keçirib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində
Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəb, Kür Qarabucaq kənd ümumi orta məktəbin və Aşağı Qaramanlı kənd ümumi orta məktəb ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Komitənin sədri Könül Məmmədova müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial və psixoloji təhlükəsizlik vəziyyəti barədə məlumat toplayıb.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Daha sonra Kürqarabucaq kənd tam orta məktəbdə kollektivin səs çoxluğu iıə Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Ataşov ilk Həmkarlar İttifaqı Təşkilatının sədri seçilib.








