Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində daha 3 məktəbdə ittifaq üzvləri ilə görüş keçirib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində bu dəfə Neftçala şəhəri Əlif Piriyeva adına 2 nömrəli və Nizami Gəncəvi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi, Həsənabad qəsəbəsi Şəmsəddin Orucov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Komitənin sədri Könül Məmmədova müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial və psixoloji təhlükəsizlik vəziyyəti barədə məlumat toplayıb.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.











