“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində iki kənd məktəbində görüş keçirib

23/02/2026, 09:27
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində bu dəfə Cəbrayıl Əhmədov adına Cəngən kənd tam orta ümumtəhsil məktəbi və Fail Mailov adına Şorkənd kənd ümumi orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Daha sonra hər iki kollektivin səs çoxluğu ilə Cəngən kənd ümumtəhsil məktəbin laborantı Nuranə Mənəfova, Şorkənd kənd ümumi orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Esmira Əliyeva yeni ilk Həmkarlar İttifaqı Təşkilatının sədrləri seçiliblər.

Sədrlərə məktəbdə sağlam, hörmətə əsaslanan, bir-birinə dayaq olan kollektiv mühitinin formalaşmasında görəcəyi işlərdə uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: