Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala Peşə məktəbində olublar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala Peşə məktəbinin ittifaq üzvləri ilə görüş keçirib. Komitənin sədri Könül Məmmədova Peşə məktəbində çalışan müəllimlərlə səmimi söhbətlər aparıb, iş şəraiti ilə yaxından tanış olaraq onların sosial və psixoloji təhlükəsizlik vəziyyətini öyrənib. Daha sonra kollektivin səs çoxluğu ilə Zakir Əliyev ilk Həmkarlar İttifaqı Təşkilatının sədri seçilib.
Məktəbdə sağlam, hörmətə əsaslanan, bir-birinə dayaq olan kollektiv mühitinin formalaşmasında gördüyünüz işlərdə sizə uğurlar arzulayırıq.



