Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayon Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinin ittifaq üzvləri ilə görüş keçirib.

👩🏫“Ey hörmətli müəllim!” layihəsi uğurla davam edir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində bu dəfə Neftçala rayon Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinin ittifaq üzvləri ilə görüş keçirilib. Görüş zamanı Komitənin sədri Könül Məmmədova məktəbdə fəaliyyət göstərən müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial rifahı və psixoloji təhlükəsizlik vəziyyəti ilə maraqlanıb. Sağlam və hörmətə əsaslanan kollektiv mühitinin formalaşmasına verdiyiniz töhfələr üçün təşəkkür edirik.







