Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsinə başladı!
22/01/2026, 17:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala şəhər 2 və 3 saylı Körpələr evi–Uşaq bağçalarında ittifaq üzvləri ilə görüş keçirib. Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova Körpələr evi–Uşaq bağçalarında çalışan müəllimlərlə səmimi söhbətlər aparıb, iş şəraiti ilə yaxından tanış olub.





