Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi təqaüdçü müəllimin "Könüllü qonağ"ı olub
17/03/2026, 15:55

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində uzun illər təhsil sahəsində xidmət edən təqaüdçü müəllim Məmmədova Nazilə Hüseynağa qızının evində qonaq olub.
Nazilə müəllim ömrünün böyük bir hissəsini bağçada çalışaraq körpələrin tərbiyəsinə və inkişafına həsr etmiş, bu yolda əvəzsiz zəhmət göstərmiş təqaüdçü müəllimlərimizdəndir.
Görüş zamanı müəllimin qayğıları dinlənilib və ona gül dəstələri və mükafatlarla təqdim olunub.
Nazilə müəllim göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib, onun əməyinə verilən dəyərin və unudulmamasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.




