Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən bütün təhsil müəssisələrində təşkil edilən çay süfrəsi davam edir
06/03/2026, 10:37

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən bütün təhsil müəssisələrinə tort təqdim olunub.
Əsas məqsəd- təhsil müəssisələrində çalışanlar arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, qarşılıqlı hörmət və ehtiramın ifadə olunması, mehriban və səmimi ünsiyyət mühitinin yaradılmasıdır.














