Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsi tərəfindən həyata keçirilən “Həmkara dəyər” layihəsi çərçivəsində növbəti dəfə 65 yaş yubiley tədbiri keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Həmkara dəyər” layihəsi çərçivəsində növbəti görüş uzun illər fəaliyyət göstərmiş, Bankə qəsəbəsi Körpələr evi uşaq bağçasınını əməkdaşı Kamalova Sevda Fazil qızının 65 illik yubileyi münasibətilə təşkil olunub.
Yubiley tədbirində müəllimlərə çoxillik səmərəli fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub. Görüş zamanı kollektiv çıxış edərək yubilyarın təhsil sahəsindəki zəngin fəaliyyətindən, gənc nəslin formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən və kollektivə verdiyi dəyərli töhfələrdən söz açıb. Sevda müəllim isə ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını və səmimi təşəkkürünü ifadə edib. Tədbirin sonunda məktəbdə müəllimlərin iş şəraiti ilə yaxından tanış olunub, kollektivlə səmimi fikir mübadiləsi aparılıb.
Daha sonra KEUB-da kollektivin səs çoxluğu ilə bağçanın təsərrüfat müdiri Esmira Məmmədova ilk Həmkarlar İttifaqı Təşkilatının sədri seçilib.
Qeyd edək ki, “Həmkara dəyər” layihəsi çərçivəsində təhsil sahəsində uzun illər vicdanla fəaliyyət göstərən əməkdaşların yubileylərinin qeyd olunması və əməyinin yüksək qiymətləndirilməsi bundan sonra da davam etdiriləcək.






