Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin həyata keçirdiyi yeni “Könüllü qonaq” layihəsi çərçivəsində şəhid ailəsinə ziyarət edilib

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində ilk ziyarətimiz Vətən müharibəsi şəhidi Hüseynov Kamran Namiz oğlunun ailəsinə oldu.
Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etdik, ailəsi ilə səmimi söhbət apardıq, onların qayğı və ehtiyacları ilə maraqlandıq.
Şəhidlərimiz bizim qürurumuz, ailələri isə baş tacımızdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu layihənin əsas məqsədi cəmiyyətimizin həssas təbəqələrinə – şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, təqaüddə olan müəllimlərə və təhsil işçilərinə mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirməkdir.





