Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin ilk HİT-ləri Səməd Vurğun adına Yaradıcılıq Evinə yola düşüblər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə bu gün ilk HİT sədrləri və onların ailə üzvləri Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinə yola düşüblər.
Üç gün davam edəcək bu istirahət proqramı iştirakçılar üçün həm mənəvi rahatlıq, həm də xoş anlarla yadda qalacaq bir fürsətdir. Layihə çərçivəsində ittifaq üzvləri gündəlik iş tempindən uzaqlaşaraq
səmimi və dinc bir mühitdə vaxt keçirəcəklər.
İştirakçılar göstərilən diqqət və qayğıya görə təşəbbüskar Sədr Araz Pashayev -ə öz minnətdarlıqlarını bildirir, bu cür təşəbbüslər həmkarlar ittifaqının üzvlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyiblər.






