“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin sədri Xıllı qəsəbə Körpələr evi uşaq bağçasında yubiley tədbirində iştirak edib

02/03/2026, 17:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Həmkara dəyər” layihəsi çərçivəsində növbəti görüş uzun illər pedaqoji fəaliyyət göstərmiş, Neftçala rayonu İlqar Məhərrəmov adına Xıllı qəsəbə Körpələr evi uşaq bağçasının

tərbiyəçi müəllimi İsayeva Sənovər Bilal qızının 65 illik yubileyi münasibətilə təşkil olunub.

Yubiley tədbirində müəllimə çoxillik səmərəli fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub.

Görüş zamanı kollektiv çıxış edərək yubilyarın zəngin fəaliyyətindən, gənc nəslin formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən və kollektivə verdiyi dəyərli töhfələrdən qürurla söz açıb.

Yubilyar isə ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını və səmimi təşəkkürünü ifadə edib.

Tədbirin sonunda bağçada müəllimlərin və körpələrin şəraiti ilə yaxından tanış olunub, kollektivlə səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Həmkara dəyər” layihəsi çərçivəsində təhsil sahəsində uzun illər vicdanla fəaliyyət göstərən əməkdaşların yubileylərinin qeyd olunması və əməyinin yüksək qiymətləndirilməsi bundan sonra da davam etdiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: