“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə 3 müəllimin yubiley tədbiri keçirilib

17/02/2026, 11:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Həmkara dəyər” layihəsi çərçivəsində növbəti görüş uzun illər pedaqoji fəaliyyət göstərmiş, Samid İmanov adına 1 saylı  ram orta məktəbin 

tarix müəllimi Zenfira Abdullayeva və azərbaycan dili və ədəbiyyatı Mahirə Cəfərovanın 65 illik yubileyi, tarix müəllimi Babək Məmmədovun isə 50 yaşı münasibətilə təşkil olunub. 

Yubiley tədbirində müəllimlərə çoxillik səmərəli fəaliyyətinə görə fəxri fərmanlar, gül dəstələri və mükafatlar təqdim olunub.

 Görüş zamanı məktəb kollektivi çıxış edərək yubilyarların təhsil sahəsindəki zəngin fəaliyyətindən, gənc nəslin formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən və kollektivə verdiyi dəyərli töhfələrdən qürurla söz açıb. 

Yubilyarlar isə ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını və səmimi təşəkkürünü ifadə edib. 

Tədbirin sonunda məktəbdə müəllimlərin iş şəraiti ilə yaxından tanış olunub, kollektivlə səmimi fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Həmkara dəyər” layihəsi çərçivəsində təhsil sahəsində uzun illər vicdanla fəaliyyət göstərən əməkdaşların yubileylərinin qeyd olunması və əməyinin yüksək qiymətləndirilməsi bundan sonra da davam etdiriləcək.

 


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: