Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə Azərbaycan çempionatının seçmə mərhələsində uğur qazanan şahmatçılar mükafatlandırılıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə Neftçala Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 8, 10, 12, 14 və 16 yaşadək yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə mərhələsində uğur qazanan şagirdlərlə görüş keçirilib. Görüş çərçivəsində qaliblər hədiyyə və sertifikatlarla təltif olunublar. Tədbirin sonunda müəllimlərin iş şəraiti ilə yaxından tanış olunub, kollektivlə səmimi fikir mübadiləsi aparılıb.
🥇 I yer
Gülməmmədli Nilay Məhəmməd qızı (8 yaş)
🥈 II yerlər
Məmmədli Yusif Elnur oğlu (8 yaş)
Musazadə Yunis Vidadi oğlu (10 yaş)
Zeynallı Pərvinə Aftil qızı (14 yaş)
🥉 III yerlər
Əmirli Rüqəyya Cavid qızı (10 yaş)
Məmmədli Uğur Fuad oğlu (14 yaş)
🔅Qalibləri və müəllimləri təbrik edir, növbəti yarışlarda da uğurlar arzu edirik!



