“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə olimpiadalarda medal qazanan şagirdlərlə görüş keçirilib.

13/02/2026, 16:08
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin və Neftçala Təhsil Sektorunun birgə təşkilatçılığı ilə LMO və RFM final mərhələsində medal qazanan şagirdlərlə görüş keçirilərək hədiyyə və sertifikatlarla təltif olunublar. Görüş zamanı şagirdlərlə səmimi və maraqlı söhbətlər aparılmış, fikir mübadiləsi həyata keçirilmiş, onların uğur hekayələri böyük maraqla dinlənilmişdir. 

 Eyni zamanda, qaliblərin əldə etdikləri nailiyyətlərin gələcək təhsil və həyat yollarında mühüm rol oynayacağı vurğulanıb, onların qarşıdakı olimpiadalarda və digər bilik yarışlarında daha böyük uğurlar qazanacaqlarına inam ifadə olunub.

Tədbirdə qalib şagirdlərin müəllimləri də iştirak etmiş, onların zəhməti və əməyi xüsusi qeyd olunmuş, şagirdlərin qazandığı uğurlarda müəllim əməyinin mühüm rolu vurğulanmışdır. 

 Görüş gənclərin motivasiyasının artırılması və təhsilə marağın daha da gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: