Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin təşkilatçılığı ilə “İlham verən gənclik” adlı tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlham verən gənclik” adlı tədbir keçirilib.
Tədbirdə rayon rəsmiləri, təhsil müəssisələrində çalışan gənc həmkarlar ittifaqı üzvləri, müəllimlər və qazilər iştirak ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda həyatını itirmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Çıxış edənlər ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, gənc müəllimlərin təhsil sahəsinin inkişafındakı rolundan bəhs edərək iştirakçılara uğurlar arzulayıblar.
Sonra təhsil və ictimai həyatda fərqlənən gənc müəllimlər və təhsil işçiləri hədiyyə və fəxri fərmanlarla təltif olunublar.
Görüşün ikinci hissəsində əyləncəli interaktiv sual-cavab sessiyaları və maraqlı viktorinalar təşkil olunub.
Viktorinalarda qalib gələn iştirakçılar hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin sonunda qonaqlar göstərilən diqqətə və səmərəli şəraitin yaradılmasına görə təşəkkürlərini bildiriblər







