“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə növbəti yubiley tədbiri keçirilib

09/02/2026, 10:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Həmkara dəyər” layihəsi çərçivəsində növbəti görüş uzun illər pedaqoji fəaliyyət göstərmiş, İkinci Qaralı kənd tam orta məktəbinin coğrafiya müəllimi Dürnisə Sadıqovanın 65 illik yubileyi münasibətilə təşkil olunub.

Yubiley tədbirində müəllimə çoxillik səmərəli fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub. Görüş zamanı məktəb kollektivi çıxış edərək yubilyarın təhsil sahəsindəki zəngin fəaliyyətindən, gənc nəslin formalaşmasında göstərdiyi əvəzsiz xidmətlərdən və kollektivə verdiyi dəyərli töhfələrdən qürurla söz açıb. Yubilyar isə ona göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını və səmimi təşəkkürünü ifadə edib. Tədbirin sonunda məktəbdə müəllimlərin iş şəraiti ilə yaxından tanış olunub, kollektivlə səmimi fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Həmkara dəyər” layihəsi çərçivəsində təhsil sahəsində uzun illər vicdanla fəaliyyət göstərən əməkdaşların yubileylərinin qeyd olunması və əməyinin yüksək qiymətləndirilməsi bundan sonra da davam etdiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: