“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib

26/01/2026, 09:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə 25 yanvar 1990-cı il hadisələri ilə əlaqədar anım xarakterli tədbir keçirilib.

 

Tədbirə qonaq qismində dəvət olunan həmin faciəvi hadisənin canlı şahidləri və zərərçəkənləri olan qabaqcıl təhsil işçiləri Ramiz Hüseynov, Fərman Hüseynov, Ələkbər Zahidov və Mustafa Əliyev, Ağdamda şəhid olan Qəhrəman Babayevin həyat yoldaşı Həsənabad  qəsəbə 2 saylı körpələr evi uşaq bağçasının əməkdaşı Maral Babayeva, ümumtəhsil məktəb əməkdaşları, şəhid anaları, qazilər və mədəniyyət nümayəndələri çıxış edərək Neftçalada baş verən 25 yanvar hadisələrini həm də fəxarət hissi ilə yad etdikləri söyləyib. Görüşdə yanvar hadisələrində şəhid olan  Nurəddin Ağahüseynov, Əbülfəz Cəfərov, və Şəmsəddin Orucov kimi qəhrəmanların xatirəsi yad olunub.

 

#25yanvar #neftçala #etihi #qəhrəmanlarunudulmur #həmkarolaq 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: